Səbət

Bakıda Ən Məsləhətli Suşi Restoranı

Bu məqalədə Suşi sevərlərin Bakıda harada həm ləzzətli, həm də, münasib qiymətə Suşi Sifariş edə biləcəyi Suşi Restoranı var, onu qeydə almışam. Bir suşi sevən kimi sizlərə Bakıda Suşi Restoranlarından ən sevdiyimi təqdim edirəm.

Suşi - çoxlarının dadını bilmədiyi, bilənlərin də ən sevimli yeməyinə çevrilən möhtəşəm bir təamdir. Hər nə qədər Suşi Azərbaycan mətbəxinə yad bir yemək olsa da, bütün dünyada olduğu kimi, ölkəmizdə də çox sevilir.

Artıq Bakıda yaşlı, cavan, uşaq demədən hər yaş kateqoriyasından insanlar suşi yeyir deyə bilərik. Bunu Bakıda Suşi Restoranlarına getdiyimiz zaman, masaların doluluğundan və o masalarda əyləşib suşi sifarişlərini səbirsizliklə gözləyən insanların sayından əminliklə deyə bilərik. 

Elə siz də, bu yazıda Suşi Yeməklərinin ləzzəti ilə ad çıxarmış, içəri daxil olduqda müştərisinin bolluğu, gülərüz personalı, dekoru, ümumiyyətlə bütün abu-havası ilə insana "Hə, bax bura əsl Suşi Restoranıdır! " dedirtən Bakenroll Suşi Restoranı haqqında biləcəksiniz.

Bakenroll Suşi Restoranı haqqında önəmli məqamlar

Aşağıda yazdıqlarım çoxları üçün o qədər də önəmli olmasa da, bir müştəri kimi bu məqamlar hər zaman bizim gözləntilərimiz olmalıdır. 

1. Müştərilər ilə ünsiyyət

Bakenrol Suşi Restoranını digərlərindən yeməklərinin dadı ilə seçilməsindən əlavə önəmli bir üstünlüyü daha var. O da, personalın çox gülərüz və işində professional olmasıdır. İçəri daxil olan (dinindən, irqindən, yaşından, görünüşündən, ümumiyyətlə kimliyindən asılı olamayaraq) hər kəsi çox mehribancasına və professional bir şəkildə qarşılayır, xoş münasibət göstərirlər. (Bu, bildiyiniz kimi hər yerdə qarşılaşmadığımız bir şeydir.)

Xidmət göstərən personalın işində təcrübəli və bir çox dildə danışa bilməsi də ayrıca olaraq təqdirə layiqdir. İşlərində professional və geniş vizyona sahib olduqları açıq aydın görünür.

2. Restoranın səliqəli görünüşü və təmizliyi

Bir yeməyi həddən artıq çox sevə bilərik. Hətta o qədər çox ki, hər gün onu yesək belə, bezmərik. Amma elə bir an, vəziyyət olar ki, o yeməkdən iyrənər və bir də heç vaxt o vəziyyəti yaşamaq istəmərik. Belə hallar da əsasən natəmizlik olan zaman olur. 

Bakenroll restoranı bu məsələdə də "üzüağ" restoranlardan biridir. Təmizliyə mənim kimi önəm verən titiz insanlar hər zaman buna diqqət edər. İçəridə hər hansı bir masada əyləşdikdə, təkcə yemək yeyiləcək masanın üzərinə yox, oturduğunuz yerə, toxunduğunuz əşyalara və s. diqqətlə baxdığım zaman hər şeyin tər-təmiz, necə deyərlər gül kimi olduğunu görəcəksiz. 

Restoranın görünüşünə və rahatlığına isə söz ola bilməz. İki və daha artıq şəxslərin rahatlıqla oturub suşi yeməklərini yeyə bilmələri üçün kifayət qədər masalar var. Həmçinin daha rahat olsun deyə yumuşaq divanlar da var. Adam lap oturduğu yerdən qalxmaq istəmir.

Divarlarda olan gözəl rəsm əsərləri və dekorlar da göz oxşayır. İnsanı iştahla yeməyə sövq edir.

Bakenroll Sushi Restoranı daxildən görüntü

3. Menyu Çeşitliliyi və Münasib Qiymətlər

Suşi ümumi bir addır. Onun onlarla fərqli növü var. (Ən Dadlı Suşi Növləri yazımızı da oxuya bilərsiniz.) Bakenroll Menyusunu əlinə aldığın zaman artıq adamın iştahı qabarır. Bilmirsən hansını sifariş edəsən. Bir birindən gözəl və ləzzətli Suşi Yeməkləri, Əriştə və Düyü yeməkləri, Qəlyanaltılar, Dəniz Məhsullarından Salatlar, Şorbalar, Souslar, Spirtli və spirtsiz içkilər(kokteyllər) və s. adamın lap ağzını sulandırır. (Menyu bölməsinə baxa bilərsiniz) (Menyunun PDF formatına isə buradan baxa bilərsiniz.)

Fikrimizi cəmləşdirib seçimimizi edirik. Bu zaman yeməyin ləzzəti ilə yanaşı onun qiymətini də əsas diqqətə alırıq. Çünkü, gələcək hesabın qabarıqlığı iştahımızı söndürməməlidir. Bakenroll müştərilərini bu məsələdə də sevindirir. Qiymətlər həqiqətən çox münasibdir. Digər restoranlarla müqayisədə həm rəqəm olaraq daha az hesab, həm də yeməklərin dadı, personalın xidməti, restoranın rahatlığı və s. bir çox faktorla qarşılaşırıq.

Qeyd: Suşi qiymətlərinin sərfəli olmasından əlavə, mütəmadi olaraq hər həftə keçirilən "Həftənin fursəti", "Limitsiz Suşi Günü", "Limitsiz Noodles Günü", "Şərab Günü" və s. kimi sərfəli kampaniyalardan da yararlana bilərsiniz. Kampaniyalar bölməsinə baxaraq hər həftə keçirilən kampaniyalarımız ilə daha ətraflı tanış ola bilərsiniz.

Həmçinin, siz restoran ilə əlaqə saxlayaraq, öncədən masa rezerv edə bilərsiniz.

Bakenroll Masa Rezerv Etmə

4. Ünvana Pulsuz və Sürətli Çatdırılma xidməti

Yuxarıda restoranın bir çox gözlə görünən, bilinən üstünlükləri qeyd olunub. Hər kəs bu yazılanları gedib yerindəcə görüb təsdiqləyə bilər. Amma bəziləri də iş həyatından, restorandan çox uzaq bir məsafədə olduğundan və ya bir çox başqa səbəblərdən dolayı restorana getməyə imkanı olmaya bilər. Bakenroll bütün bunları da nəzərə alaraq Pulsuz Suşi Çatdırılma xidməti də göstərir.

Siz sadəcə www.bakenroll.az saytına daxil olaraq və ya telefonla əlaqə saxlayaraq istədiyiniz suşi yeməyini sifariş verə bilərsiniz. 

Ən məsləhətlisi, elə sayta daxil olaraq istədiyiniz yeməyi seçib səbətə əlavə edin. Daha sonra açılan pəncərədə çox rahat bir şəkildə çatdırılma ünvanını və digər qısa bilgilərinizi qeyd edin. Ən sürətli şəkildə sifarişinizin qəbul olunacağından əmin ola bilərsiniz. 

5. Əlaqə imkanları və operator dəstəyi

Yuxarıda da qeyd etdiyim kimi, sifarişlər istər sayt üzərindən olsun, istərsə də mobil telefonla, çox sürətli bir şəkildə qəbul edilir və cavablandırılır. Bu da çox önəmli bir xüsusiyyətdir. Çünkü, sifariş verən insanların psixolojik olaraq sifarişlərinin (sayt və ya SMS bildirişlərindən əlavə) real bir şəxs tərəfindən qəbul olunduğunu bilməsi onu rahatladır. Əmin olur ki, sifarişi artıq hazırlanır. Bakenroll restoranının operatorları bu işin öhdəsindən da yaxşı gəlirlər. Hətta saytdan sifariş verildikdən sonra operator sizinlə əlaqə saxlayır və sifarişinizi təsdiqləndiyini bildirir. Bu da işində müştəri məmnuniyyətinə böyük önəm verilməsini göstərir. 

Qeyd: Saytda "Zəng Sifariş Et" düyməsinə basaraq açılan formda əlaqə məlumatlarınızı qeyd edərək göndərə bilərsiniz. Tez bir zamanda restoranın operator əməkdaşı sizinlə əlaqə saxlayaraq sifarişinizi qəbul edəcək.


iOS və Android tipli cihazlar üçün də restoranın mobil tətbiqləri mövcuddur. Aşağıdakı linklərdən cihazınızın tipinə uyğun olan mobil tətbiqi yükləyə bilərsiniz.

AppStore-dan yükləGoogle Play Market-dən yüklə


Bu yazıda sizə Suşi Restoranı seçimində köməyi dəyəcək məlumatlar qeydə alınmışdır. Siz də artıq Bakıda Ən Məsləhətli Suşi Restoranı axtarırsızsa getməli olduğunuz məkanı tanımış olursunuz. 

Hər zaman dediyim kimi başqaları çox söz yaza və deyə bilər. Ən yaxşısı sizin özünüzün bütün bunları şəxsən təcrübədən keçirməyiniz və təsdiqləməyinizdir. 

Bütün bu yazılanları öz gözlərinizlə görmək, bilmək, təsdiqləmək istəyirsizsə Restoran ilə əlaqə  bölməsinə daxil olaraq ünvanı öyrənə bilərsiniz. Elə həmin səhifədə olan xəritədən də restoranın yerləşdiyi məkanı asanlıqla tapa bilərsiz. İçəri şəhər metrosundan 3-4 dəqiqəlik məsafədə yerləşir.

Şərh yazın