Корзина

Лапша - Знаменитые ВОК блюда Азии (Обзор и Доставка)

Лапша (ВОК блюда) на сегодняшний день один из самых знаменитых блюд Китайской кухни. Если вы любите питаться вкусно и есть здоровую пищу, в этой статье мы будем подробно и детально рассказывать про лапшу и вок.

Noodle Nədir? Noodles Haqqında Bilməli Olduqlarımız.

🍜 Noodle - adı bir az fərqli səslənsə də, əslində hamımızın bildiyi (əsas tərkibi) əriştə olan və müxtəlif tərəvəz və digər təbii məhsullardan ibarət olan bir yeməkdir. Noodles haqqında ilk eşitdiyimizdə 🍣 Sushi kimi bu yeməyin də adı bizə qəribə gələ bilər amma, noodle elə bir təamdır ki, hər yaşdan və fərqli ağız dadlarına sahib insanlar rahatlıqla yeyə bilər.

Noodle Yeməklərinin Fərqi və Xüsusiyyətləri

Noodle yeməkləri, axı niyə bu qədər məşhurluq qazanıb? Bu sualın cavabı, yeməyin birdən çox xüsusiyyətlərində yatır.

  • Tez və asan hazırlanır: Hazırlanması üçün lazım olan bütün məhsullar əlinizin altındadırsa, 12-15 dəqiqə ərzində yeməyi hazırlaya bilərsiz.
  • Tez doydurur: 1 qutu Asiyasayağı əriştə yesəniz tam doyacaqsız. Xəmir, ət, tərəvəzlər və bol souslara görə 1 qutu noodles 1 nəfər üçün tam yetərlidir. Yeri gəlmişkən, noodles və ya rice olsun, qaynar şəkildə yeməyi tövsiyyə edirik (Daha dadlı olması üçün).
  • Dada görə dəyişmək olar: Noodle yeməklərinin tərkibini ağız dadınıza və ya əlinizdəki məhsullara görə dəyişə bilərsiniz.
  • Qeyri adi, fərqli yemək növüdür: Bəzən ürəyimiz fərqli bir şey yemək, yeni dadlar kəşf etmək istəyir. O zaman noodle özünəməxsus dadı ilə ürəyimizin istədiyi yemək ola bilir.

Noodle (digər adı ilə Wok) Tarixi

Noodles 2000 il əvvəl Çində yaranmasına baxmayaraq, dünya məşhurluğunu 100 il olar ki qazanıb. Noodles və ya Wok adını, onda hazırlanan məşhur tavaya görə alıblar. Xüsusi qutuda olan təqdimatı isə çinlilər yox, məhs amerikalılar ediblər.

Yeri gəlmişkən, əvvəllər noodle wak tam fərqli görünüşə sahib idi. Əgər indi əriştə uzun və nazik xəmir şəklindədirsə, əvvəl xəmirin xırda parçalarından vok tavada istifadə olunurdu.

Noodles Hazırlanması Zamanı İstifadə Olunan Qidalar və Əriştə Növləri

Vok əriştə növü çox doyumcul və dadlı yeməkdir. Çox tez hazırlanır və gündəlik yemək üçün idealdır. Yeməyin özəlliyi yüksək temperturda komponentlərin xüsusi vok tava istifadə olunaraq tez qızarılmasıdır.

Əriştə ilə birlikdə istifadə olunan əlavələr kimi, aşağıda qeyd olunan qidaları qeyd edə bilərik:

  • Tərəvəzlər;
  • Göbələk;
  • Dəniz məhsulları;
  • Balıq;
  • Toyuq;
  • Mal əti.

Noodles Hazırlanması Zamanı İstifadə Olunan Qidalar və Əriştə Növləri

Noodle yeməklərində istifadə olunan əriştə hər zaman eyni tərkibli olmur. Əslində əriştə xəmirinin, bir neçə növü mövcuddur. Bu gün üçün ən çox yayılan əriştə növləri aşağıdakılardır:

Udon Əriştə

Udon Əriştə - buğda unundan hazırlanan əriştənin həm uzun, həm də qalın forması olan növüdür. Özəlliyi isə bu xəmirin hazırlanmasında yumurtada istifadə olunmamasıdır. Yekunda spaqettiyə oxşar, yumşaq xəmirdən ibarət incə teksturalı məhsul alınır ki, digər əlavələrlə mükəmməl uyğunlaşır.

Somen Əriştə

Somen Əriştə - daha incə və nazik olduğu üçün hər mətbəxdə istifadə olunmur. Xəmir nazık olduğunnan cəmi 3 dəqiqəyə hazırlanır. Somen əriştə daha çox soyuq halda təqdim olunur, lakin souslardan istifadə olunmadan. Sous və ədviyyatlar yeməkdən ayrı təqdim olunur ki, yeməyi dadan şəxs öz zövqünə görə seçim edə bilsin.

Ramen Əriştə (Yumurtalı əriştə)

Ramen Əriştə - buğda əriştəsinin bir növüdür, sadəcə tərkibində yumurta olur. Hazır xəmirə yumurta vurulduğu üçün rəngi iştahaçan sarı olur. Vok hazırlanması üçün ideal sayılır və istənilən souslar və ədviyyatlarla uyğunlaşır.

Funçoza Əriştə

Funçoza əriştə - isə, tam fərqli makaron növüdür. Asiyalılar “şüşə” əriştə adlandırdıqları bu yemək şəffaf olduğu üçün belə adlanır. Funçoza bişirilmir, sadəcə qaynar su üzərinə tökülməsi yetərlidir. Asiya çöl yeməyində geniş istifadə olunur.

Düyü Əriştəsi

Bir çox adam düşünür ki, Düyü Əriştəsi və Funçoza eyni yeməkdir. Əslində isə belə deyil. Düyü əriştəsi özünəməxsus ağ rənglidir, dadı və qoxusu neytraldır. Buna görə də, əriştənin həm soyuq, həm də qaynar növlərində asanlıqla istifadə olunur.

Soba Əriştə

Soba əriştə - qarabaşaq buğdasından istifadə olunur, və buna görə də qəhvəyi rəngi var. Tərəvəzlər, quş və balıq tərkibli yeməklərlə ideal hazırlanır.

İlk Dəfədən Sevəcəyiniz Ən ləzzətli Əriştə Yeməkləri (Noodles) Hansılardır?

Bir-birindən fərqli və ləziz dadlarda əriştə yeməklərini olduğunu artıq bilirik. Bəs bizim ağız dadımıza daha çox uyğun ola biləcək əriştə yeməkləri hansılardır?

Gəlin, sizin üçün seçdiyimiz Əriştə Yeməkləri ilə tanış olaq.

🍜 5 Ən Ləzzətli Əriştə Yeməyi

1Tərəvəzli NoodlesTərəvəzli Noodles
★★★★★
5 Ən Ləzzətli Əriştə Yeməyi
2Toyuqlu NoodlesToyuqlu Noodles
★★★★★
3Dəniz Məhsullarından NoodlesDəniz Məhsullarından Noodles
★★★★★
4Balıqlı NoodlesBalıqlı Noodles
★★★★★
5Krivetli NoodlesKrivetli Noodles
★★★★★

Qeyd: Digər Ləzzətli Əriştə və Düyü yeməkləri üçün Noodle&Rice Menyusuna baxa bilərsiniz.

🍹 Noodles Yeməklərini Daha Ləzzətli Etmək Eçün Məsləhət Edilən İçkilər

1Coca-ColaCoca-Cola
★★★★★
2FantaFanta
★★★★★
3SpriteSprite
★★★★★
4Fuse Tea LimonFuse Tea Limon
★★★★★

Qeyd: Digər Məsləhətli İçkilər üçün İçkilər Menyusuna baxa bilərsiz.

🛒 Ən Dadlı və Sərfəli Noodles Sifarişi Haradan Verə Bilərik?

Yuxarıda Noodle Haqqında ətraflı məlumat və sevə biləcəyiniz Noodle Növlərini sizinlə paylaşdıq. İndi isə bu ləziz təamlardan canınız çəkdisə, ağlınızda ən vacib sual; - Bəs mən haradan dadlı və sərfəli noodles sifarişi edə bilərəm?

Ən Dadlı və Sərfəli Noodles Sifarişi

🍱 Bakıda Sushi və Noodles Sifarişi Edə Biləcəyiniz Ən Sərfəli Məkan: Bake&Roll Sushi Bar

Bakenroll Sushi Bar demək olar ki, Bakıda Asiya mətbəxi sevən hər kəsin tanıdığı bir restorandır. İstər yeməklərinin ləzzəti, istərsə də xidməti ilə müştərilərinin müsbət rəylərini toplayan və populyarlığını qoruyub saxlayan az sayda məkanlardan biridir.

Diqqət: Hər həftənin 4-cü günü #LİMİTSİZ #NOODLESDAY aksiyası keçirilir. Ətraflı məlumat üçün “Limitsiz Noodles Günü” linkinə daxil olun.

Bakenroll, sizin rahat Noodles Sifarişi verməyiniz üçün onlayn sifariş xidmətlərini də ən üst səviyyədə yerinə yetirir.

Bakenroll sizə bir neçə sifariş imkanı təqdim edir.

1) 🌐 Onlayn Noodle Sifarişi

Bakenroll.az saytına daxil olaraq Noodle&Rice bölməsindən ağız dadınıza uyğun Noodle yeməklərini sifariş edə bilərsiniz. Bunun üçün seçdiyiniz yeməkləri səbətə əlavə etdikdən sonra ad, nömrə, ünvan və s. bir neçə kiçik məlumatı doldurub sifarişinizi tamamlayırsız.

2) ☎️ Birbaşa Zəng ilə Noodle Sifarişi

Siz özünüz birbaşa operatorla əlaqə saxlayaraq sifarişinizi vermək istəyirsizsə o zaman saytın ən üst hissəsindən və ya “Bizimlə Əlaqə” bölməsinə daxil olaraq restoranın əlaqə nömrələrindən birinə zəng edə bilərsiniz.

3) 📞 “Mənə Zəng Et” Xidməti ilə Noodle Sifarişi

Sayta daxil olduğunuz zaman səhifənin ən üst hissəsində və ən alt hissəsində “Zəng Sifariş Et” düyməsi görəcəksiniz. Həmin düyməni sıxıb açılan formda adınızı, nömrənizinə zaman sizinlə əlaqə saxlanılmasını istədiyinizi qeyd edib göndərirsiz. Bakenroll əməkdaşları sizinlə ən qısa zamanda əlaqə saxlayıb sifarişinizi qəbul edəcəklər.

Qeyd: Sifarişiniz verdiyiniz zaman sifariş formunda rahat ödəniş üçün nəğdpost terminal ilə ödəniş seçimlərindən birini seçə və ya, sizinlə əlaqə saxlayan restoranın əməkdaşına bildirə bilərsiniz.

Sifarişləriniz ən qısa zamanda ünvanınıza çatdırılacaqdır.

Bakenroll Çatdırılma Xidməti Haqqında bölməsindən ətraflı məlumat əldə edə bilərsiniz.


Əlaqəli olaraq: aşağıdakı məqalələrimizi də oxumaxınızı tövsiyə edirik.

Написать комментарий